İnstitutun rəhbəri Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş tədbirdə çıxış edib.
QHT.az xəbər verir ki, noyabrın 30-da BMT-nin Azərbaycan Nümayəndəliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin birgə tərəfdaşlığı ilə Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş “İnsan haqları – 75, Bakı Konfransı” keçirilib.
Qeyd edək ki, tədbir zamanı İnsan Hüquqları üzrə müvəkkil, Vəkillər Kollegiyası və universitet tərəfindən müstəqil panel müzakirələrinin təşkil edildiyi bildirilib. Bu panel müzakirələrdə humanitar sahələrdə və dünya ərazisində insan haqları ilə bağlı nailiyyətlər və problemlər müzakirə edilərək, bu sahədə daha effektiv addımlar atılması üçün nəzərdə tutulan addımlar müzakirə olunub.
Nümayəndəlik, Müvəkkil, Kollegiya və universitet tərəfindən təşkil edilən bu tədbir, Azərbaycanın insan haqları sahəsindəki özünü sübut etmiş təcrübəsini dünya ictimaiyyətinə tanıtmaq və bu sahədə daha geniş bir əməkdaşlığı təşviq etmək məqsədi daşıyıb.
Pərvanə Fərhadqızı












