Avropanın aparıcı vətəndaş cəmiyyəti təşkilatları Avropa İttifaqı liderlərinə müraciət edərək, növbəti uzunmüddətli büdcədə vətəndaş cəmiyyətinin maliyyələşdirilməsinin gücləndirilməsini tələb ediblər. Təşkilatlar hesab edirlər ki, demokratik dəyərlərin qorunması, insan hüquqlarının müdafiəsi və sosial həmrəyliyin möhkəmləndirilməsi üçün QHT-lərin fəaliyyətinə davamlı dəstək vacibdir.
QHT.az xəbər verir ki, müraciətdə qeyd olunub ki, son illərdə bir çox vətəndaş cəmiyyəti təşkilatı artan maliyyə çətinlikləri ilə üzləşib. Bu isə onların ictimai maraqların müdafiəsi, sosial xidmətlərin göstərilməsi və vətəndaş iştirakının təşviqi istiqamətindəki fəaliyyətlərinə mənfi təsir göstərir.
QHT nümayəndələri Avropa liderlərini büdcə müzakirələri zamanı vətəndaş cəmiyyətinin rolunu nəzərə almağa və bu sahəyə ayrılan vəsaitin artırılmasını təmin etməyə çağırıblar. Onların fikrincə, güclü və müstəqil vətəndaş cəmiyyəti demokratik idarəetmənin əsas sütunlarından biridir.
Piranə Xasiyeva






