Filippində baş verən 7,8 bal gücündə zəlzələdən sonra humanitar təşkilatlar zərər çəkmiş əhaliyə yardım fəaliyyətlərini davam etdirir. Humanitar qurumların yaydığı son məlumata görə, minlərlə insanın təxliyəsinə ehtiyac yaranıb, bir sıra yaşayış məntəqələrində isə infrastruktur ciddi ziyan görüb. 

QHT.az xarici mediaya istinadən bildirir ki, yardım qrupları zərərçəkən ailələrin sığınacaq, içməli su, ərzaq və digər zəruri ehtiyaclarla təmin olunması istiqamətində fəaliyyət göstərir. Eyni zamanda bölgədə vəziyyətin qiymətləndirilməsi və ehtiyacların müəyyənləşdirilməsi işləri davam edir. 

Humanitar təşkilatlar beynəlxalq ictimaiyyəti zəlzələdən zərər çəkən icmalara dəstək göstərməyə çağırır. Bildirilir ki, fəlakətin nəticələrinin aradan qaldırılması üçün uzunmüddətli bərpa proqramlarına ehtiyac var. 

Piranə Xasiyeva