TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşəbbüsü ilə Qəbələ Rayon Mərkəzi Xəstəxanasında mediatur keçirilib.
QHT.az xəbər verir ki, səfərin məqsədi media və qeyri-hökumət təşkilatlarını xəstəxananın fəaliyyət istiqamətləri və yeniliklərlə tanış etməkdir. TƏBİB-in İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Zamirə Ədilova çıxışında tibbi xidmətlərin təkmilləşdirilməsi sahəsində görülən işləri və əldə olunan nailiyyətləri vurğulayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova xəstəxanada icbari tibbi sığorta sayəsində endoprotezləşdirmə və digər ixtisaslaşdırılmış əməliyyatların həyata keçirildiyini bildirib. O, həmçinin MRT, KT, elektroensefaloqrafiya və digər müasir avadanlıqların istifadəyə verildiyini qeyd edib. Sığortanın tətbiqi ilə həkimlər üçün gəlir imkanlarının artması və həvəsləndirici əlavələrin verilməsi də diqqətə çatdırılıb.






