Qəbələ Rayon Mərkəzi Xəstəxanasında yeni ixtisaslaşdırılmış şöbələr fəaliyyətə başlayacaq.
Qəbələ Rayon Mərkəzi Xəstəxanasının direktoru Ceyhun Əhmədov xəstəxananın geniş strukturu və qarşıya qoyulan hədəflər haqqında məlumat verib. 2024-cü il üçün əməliyyat sayının artırılması, kardiologiya, nevrologiya, oftalmologiya kimi yeni şöbələrin açılması və göz əməliyyatlarının həyata keçirilməsi xəstəxananın əsas məqsədləri arasında yer alır.






