Qazaxıstanın göndərdiyi qrup, Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən vilayətlərdən biri olan Qaziantepin İbrahimli rayonunda axtarış-xilasetmə işlərinə başlayıb.

QHT.az xəbər verir ki, Qazaxıstan Fövqəladə Hallar Nazirliyindən verilən açıqlamada, Qaziantepin İbrahimli rayonunda baş verən zəlzələdən zərər çəkən iki mənzildə axtarış-xilasetmə işləri aparmaq üçün qrupun ikiyə bölündüyü bildirilib.

Açıqlamada:

“Birinci qrupumuz uçmaq təhlükəsi ilə üzləşən 6 mərtəbəli mənzildə axtarış-xilasetmə işlərinə başlayıb. Yerli sakinlər bildiriblər ki, sözügedən mənzildə hələ də adamlar ola bilər. Hazırda axtarış-xilasetmə itlərimiz cəlb olunub” - deyə qeyd edilib.

Açıqlamada bildirilir ki, rayonda tamamilə uçmuş binada ikinci dəstə işlərini davam etdirir:

“Burada komandamız qalıqları çıxaracaq və sonrakı axtarışlar üçün qalıqların altına enəcək. İndiyədək 1 nəfərin cansız cəsədi çıxarılıb” - deyə bildirilib.

Qazaxıstanın 41 nəfərlik komandasına axtarış-xilasetmə mütəxəssisləri, səhiyyə işçiləri və 3 xüsusi təlim keçmiş it daxildir.