Qazax rayonunda “Quşçuluğun əsasları və quşların mütərəqqi bəslənmə texnologiyaları” mövzusunda təlim keçirilib.

QHT.az xəbər verir ki, təlim Kiçik və Orta Biznesin İnkişafı Agentliyi - KOBİA tərəfindən maliyyələşdirilən və 2024-cü ilin iyul ayından 2025-ci ilin mart ayına qədər davam edəcək “SolarPoultryTech” layihəsi çərçivəsində təşkil olunub. Təlimi a.e.f.d. (PhD), dosent Fariz Ələkbərov və a.e.f.d. Məmmədov Ramil Telman oğlu aparıb. İştirakçılara quşçuluqda günəş panellərinin tətbiqinin ekoloji və iqtisadi səmərəliliyi və istixana qazlarının emissiyasının azaldılması barədə ətraflı məlumat verilib.

Layihə çərçivəsində layihə rəhbəri Ramil Göyüşov günəş panellərinin istilik və işıq mənbəyi kimi istifadəsini praktik olaraq təqdim edib. Tədbirin əsas məqsədi quşçuluq təsərrüfatlarında bərpa olunan enerjidən istifadə imkanlarını artırmaq və müasir texnologiyaları tətbiq etməklə sahənin inkişafına töhfə verməkdir.