Nazirlikdə Asiya İnkişaf Bankının (Asian Development Bank) Azərbaycan üzrə yeni ölkə direktoru Süniyya Durrani-Camal ilə görüş olub. 

 

 Görüşdə əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa, habelə AİB-in “Mərkəzi və Qərbi Asiya Regionunda Sosial Müdafiə Potensialının Artırılması” regional texniki yardım layihəsinə dair fikir mübadiləsi aparılıb.