"Qarabağın gerçək kimliyi: Alban abidələri" layihəsi çərçivəsində gənclərlə görüş baş tutub, seminar keçirilib.

Tarix sahəsində Maarifləndirməyə Dəstək İctimai Birliyindən QHT.az- a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. İctimai Birliyi tərəfindən icra edilən "Qarabağın gerçək kimliyi: Alban abidələri" layihəsi çərçivəsində növbəti seminar baş tutub. Sabunçu Gənclər Evində baş tutan görüş zamanı layihə rəhbəri Kənan Məmmədovun mühazirəsi gənclər tərəfindən dinlənilib. "Qarabağın gerçək kimliyi: Alban abidələri" sənədli filmi nümayiş olunub. Gəncləri maraqlandıran suallar cavablandırılıb. Fəal gənclər sertifikatla mükafatlandırılıb.

 

Pərvanə Fərhadqızı