Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi ilə ABŞ-nın Harvard Univeristeti arasında imzalanmış müqavilə çərçivəsində ölkəmizdə olan Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin tədqiqatçıları ilə Azərbaycan Dövlət İqtisad Universitetində görüş keçirilib.

QHT.az xəbər verir ki, bu barədə Universitetin rektoru Ədalət Muradov məlumat verib. Rektor qeyd edib ki, görüşdə mümkün əməkdaşlıq imkanları, iqtisadiyyatın şaxələndirilməsi və onun dayanıqlı artım modelinin təmin olunması sahəsində fundamental və praktik əhəmiyyətli tədqiqatların aparılması barədə müzakirələr aparılıb: “Harvard Universitetinin Beynəlxalq İnkişaf Mərkəzinin nümayəndələri Universitetdəki təhsil imkanlarını müsbət qiymətləndirərək, əməkdaşlıq istiqamətində fikrilərini bölüşüblər”.

 

Pərvanə Fərhadqızı