“Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli sərəncamı ilə yaradılan Qarabağ Universiteti, 2024-cü ilin tədris ilində ilk tələbələrini qəbul etdi. Burada 6 sahə üzrə 27 ixtisas tədris edilir və hazırda 1200 tələbə təhsil alır. Bu universitetin regiona və Qarabağın iqtisadi inkişafına çox böyük töhfə verəcəyi artıq göz önündədir”. 

Bu sözləri QHT.az -a özəl açıqlama verən "Balans" İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Möhübbəli Nağıyev bildirib. Onun sözlərinə görə, Qarabağ Universitetinin müxtəlif filial və fakültələrinin bölgədə açılması regionun təhsil potensialını artırmaqla yanaşı, iqtisadi inkişafına da mühüm töhfə verəcək: "Qarabağda fəaliyyət göstərən fakültələr yerli gənclərin təhsilə əlçatanlığını artıracaq, bu da regionun ümumi inkişafına müsbət təsir göstərəcəkdir. Ümid edilir ki, gələcəkdə digər universitetlərin də filialları Qarabağda fəaliyyətə başlayacaq və bu, regionun hərtərəfli inkişafını sürətləndirəcək".

 

Pərvanə Fərhadqızı

QHT.az