Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Qarabağ bölgəsində yeni bir ali təhsil müəssisəsinin, Qarabağ Universitetinin yaradılması qərarı qəbul edilmişdir. Bu qərar, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etmək, işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı istiqamətində atılan mühüm addımlardan biri kimi dəyərləndirilir.
Bu fikirləmi QHT.az-a açıqlamsında “Göyərçin” – Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri Gülnarə Vəlixanlı bildirib.
“Qarabağ Universitetinin yaradılması, regionun iqtisadi, sosial və mədəni inkişafına təkan verərək, təhsil səviyyəsini yüksəltmək, elmi araşdırmaları dəstəkləmək və gənclərə keyfiyyətli təhsil imkanı yaratmaq məqsədi daşıyır.
Qarabağ Universiteti Azərbaycanın təhsil sistemi üçün yeni bir mərhələ olaraq, Qarabağda həyatın yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində əvəzolunmaz bir institut olacaqdır. Bu universitet, yalnız Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi üçün strateji əhəmiyyətə malikdir və bölgənin inteqrasiyası və davamlı inkişafı üçün mühüm bir baza rolunu oynayacaqdır.”












