Hüquq və İnsan Haqları İnstitutu (İnstitut) Praktikaya aid siqnallar Sorğusu (PASS) adlı onlayn platforma yaradıb. Bu platformanın məqsədi qanunların tətbiqində insan hüquqlarının təmin edilməsi, şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların ifşa olunması və qanunvericiliyin tətbiqi praktikasının təkmilləşdirilməsinə töhfə verməkdir.
QHT.az xəbər veriri ki, Platforma hüquqşünaslara və vətəndaşlara qanun və aktların tətbiqi ilə bağlı boşluqlar və problemləri vahid mərkəzə bildirmək imkanı yaradır. Qeydiyyat tələb olunmur və anonim qeydlər də yüklənə bilər. Təkliflər rübdə 1 dəfə İnstitut tərəfindən ümumiləşdirilərək aidiyyəti qurumlara göndəriləcək.
PASS platforması "İctimai iştirakçılıq haqqında" Qanunla nəzərdə tutulan ictimai rəyin öyrənilməsi funksiyasını yerinə yetirir.
Platformaya bu linkdən daxil ola bilərsiniz: PASS platforması.










