Bu gün Hüquq və İnsan Haqları İnstitutunda Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib.
QHT.az xəbər verir ki, İnstitutun İdarə heyətinin sədri Məhəmməd Quluzadə salamlama və açılış nitqi ilə çıxış edib. Tədbirdə Hüquq və İnsan Haqları İnstitutunun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə jurnalistlərə səmimi təbriklərini çatdırdı və mətbuatın inkişafından söz açdı. İnstitutun insan hüquqları sahəsindəki fəaliyyətləri və jurnalistlərə olan dəstəyi bizi çox sevindirdi. Sonra media nümayəndələri ilə insan hüquqlarının müdafiəsinə dair institutun fəaliyyəti barədə sual-cavab sessiyası keçirilib. Tədbir zamanı media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.
QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə və saytın müxbiri Pərvanə Fərhadqızı da tədbirdə iştirak ediblər.
Bu tədbir milli mətbuatın əhəmiyyətini vurğulamaq və media nümayəndələrinin insan hüquqlarının müdafiəsindəki rolunu təqdir etmək məqsədi daşıyırdı.
Pərvanə Fərhadqızı










