Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli “Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti”nin təşkil etdiyi təlim proqramı çərçivəsində qadınlara “Şəbəkələşmə və Əlaqələr Qurulması” mövzusunda keçirilən təlimlərin başa çatdığını bildirib.
QHT.az xəbər verir ki, İlqar Hüseynli təlimçi olaraq iştirak etdiyi bu proqramda olduqca səviyyəli və maraqlı auditoriya ilə işləməkdən zövq aldığını vurğulayıb. Təlimlər dörd modul əsasında təşkil olunub və qadınların sosial və peşəkar mühitdə effektiv əlaqələr qurmasına yönəlib.
Qeyd edək ki, tədbirin əsas məqsədi qadınların sosial şəbəkələşmə bacarıqlarını artırmaq, onların müxtəlif sahələrdə daha aktiv iştirakını təmin etmək və yeni imkanlar əldə etmələrinə dəstək olmaqdır.
Pərvanə Fərhadqızı






