Münaqişədən təsirlənən Bərdə, Ağcabədi və Tərtərdə biznes qurmağa hazırlaşan qadın sahibkarlar üçün brendinq, marketinq və qablaşdırma üzrə təlim öz işinə başladı.
QHT.az xəbər verir ki, milli ekspertin apardığı təlim sayəsində 60-a qadın öz məhsul və xidmətlərini yerli bazarda daha yaxşı tanıtmaq üçün yuxarıda qeyd olunan sahələr üzrə biliklər əldə edəcəklər.
Bu günə qədər münaqişədən zərər çəkmiş 120-dən çox qadına marketinq və brendinqin əsaslarını öyrətməklə, bizneslərini ən yaxşı şəkildə tanıtmağa və istehlakçıların etibarını qazanmağa nail olur.
Təlim BMTİP və AQUPDK-nın Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində baş tutub.
R.İmanov












