Fiziki məhdudiyyətli vətəndaşlara qayğı göstərək

 

Masallı rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Sosial Xidmətlər Agentliyi və “Əlil Sahibkar Təşkilatı” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən “Günərzi qayğı mərkəzi”ndə “Fiziki məhdudiyyətli vətəndaşların cəmiyyətə inteqrasiyası” adlı maarifləndirici tədbir keçirilib. 
Kitabxananın əməkdaşı Şəmsurə Nəsirova çıxışında dövlət tərəfindən fiziki məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyası, onların sosial müdafiəsi və tibbi xidmətlərlə təmin olunması istiqamətində müvafiq addımların atıldığını, bu qəbildən olan oxucular üçün müəssisədə və evlərdə qiraət saatı, sərgilər həyata keçirildiyini bildirib. 
Kitabxananın digər əməkdaşı Gülər Piriyeva fiziki məhdudiyyətli uşaqlara Azərbaycanın zəngin folklorunu əks etdirən nağıllar oxuyub. 
Tədbirdən sonra kitabxana əməkdaşları fiziki məhdudiyyətli rayon sakininin evinə gedib, ona kitablar haqqında müfəssəl məlumat veriblər.

Akif AĞAYEV