Rusiya prezidenti Vladimir Putin ABŞ ordusunun çıxarılmasından sonra Əfqanıstanda vəziyyətin yaxşılaşmadığını bəyan edərək, "Beynəlxalq terror təşkilatları Əfqanıstanda fəaliyyətlərini artırır. O cümlədən, "Əl-Qaidə" potensialını artırıb" dedi.

QHT.az xəbər verir ki, Putin paytaxt Moskvada müxtəlif ölkələrin təhlükəsizlik qurumlarının nümayəndələri ilə Əfqanıstanla bağlı keçirilən görüşdə danışıb.

Dünyada çoxlu qarşıdurmaların olduğunu izah edən Putin, “Bunun fərqindəyik, lakin bu, Əfqanıstandakı vəziyyətin əhəmiyyətini azaltmır. (Əfqanıstan) bizim üçün həmişə önəmli olub və bu gün ikiqat vacibdir, çünki biz cənub sərhədlərimizdə daha çox gərginlik nöqtələrinin olmasını istəmirik”. dedi.

Əfqanıstandakı vəziyyətin yaxşılaşmadığını vurğulayan Putin, “Təəssüf ki, ABŞ ordusunun çıxarılmasından sonra Əfqanıstanda vəziyyət yaxşılaşmadı. Beynəlxalq terror təşkilatları Əfqanıstanda fəaliyyətlərini artırırlar. O cümlədən, potensialını artıran Əl-Qaidə”. ifadələrdən istifadə etmişdir.

Bəzi ölkələrin beynəlxalq terrorizmlə mübarizə bəhanəsi ilə Əfqanıstanda varlığını artırmağa çalışdıqlarını qeyd edən Putin deyib:

“Əfqanıstanda humanitar vəziyyət də pisləşir, 4 milyona yaxın insanın humanitar yardıma ehtiyacı var. Narkotik ticarəti də böyüyür və təəssüf ki, əkin sahələri artır. Hesab edirəm ki, qlobal bazarda tiryəklərin 80 faizi Əfqanıstan mənşəlidir”.