Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov Narkotik və narkomaniya ilə bağlı Təhsil Nazirliyinin aidiyyəti qurumlarına müraciət edib.

 

 

QHT.az- a xəbər verir ki, narkoekspert qeyd edib ki, bu məsələlərlə bağlı şagird və tələbələrin maarifləndirilməsindən başlamaq lazımdır: “Maarifləndirmə psixoloqların üzərinə düşür. Təxminən psixoloqların 70 %-i bu sahədə az məlumatlıdırlar. Əvvəlcə psixoloqların vəziyyətinə baxılsın, onlarda bu sahəyə maraq yaradılsın. Sonra psixoloqlar maarifləndirilsin ki, şagird və tələbələrə danışmağa sözləri olsun. Psixoloqların vəziyyəti acınacaqlıdır. Psixoloqlardan soruşuruq, deyir bu sahəni bilsəydik gedib 1 saatı 50-100 azn-dən işləyərdik, məktəblərdə 200-300 azn maaşa işləməzdik. Ağıllı fikirdir. Bu məsələ ilə bağlı ölçü götürülsə, müraciətlər olsa yaxşı olar.  Onlar da öz işini layiqincə yerinə yetirə bilərlər”.

 

Pərvanə Fərhadqızı