Bu il Şuşada keçirilən "Vaqif poeziya günləri" çərçivəsində qonaqlara təqdim olunan «Dövri-səda» konsert proqramını və "Vaqif dünyası" ədəbi-musiqili kompozisiyası hazırladıqlarına görə bir qrup incəsənət xadimi Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomları ilə təltif olunub.
QHT.az xəbər verir ki, mükafatlandırma mərasimində Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Rzayev bəstəkar Vüqar Camalzadəyə, bəstəkar Azər Hacıəsgərliyə, rejissor Bəhruz Vaqifoğluna, aktyor Azad Şükürova Azərbaycan Yazıçılar Birliyinin Fəxri diplomlarını təqdim edib.
Pərvanə Fərhadqızı












