Varşavada çayda suyun səviyyəsi adətən 105-250 sm-ə çatmasına baxmayaraq, cəmi 22 sm olub.

QHT.az xəbər verir ki, Polşanın ən uzun çayı olan Vistulanın səviyyəsi rekord həddə düşüb. Nəticədə, Varşavada qum sahilləri üzə çıxdı və çay o qədər dayazlaşdı ki, bir hissədə onu heyvanlar keçə bilər. Avropa İttifaqının iqlim dəyişikliyinin monitorinqi xidmətinin məlumatına görə, şimal yarımkürəsi rekordlar başlayandan bəri ən isti yayı yaşadı. Bu, bir çox ərazilərdə quraqlığa səbəb olub.

Varşavada çay səviyyəsinin cəmi 22 sm olduğu bildirilirdi ki, əvvəlki rekord 2015-ci ildə 26 sm olub. Varşavada çayın dərinliyi adətən 105-250 sm-ə çatır.

 

Pərvanə Fərhadqızı