Bu güna kənd təsərrüfatı sahəsində mühüm hadisə baş tutacaq. Saat 10:00-da Goranboy rayonu Heydər Əliyev Mərkəzində, saat 16:00-da isə Tərtər Rayon İcra Hakimiyyətinin binasının qarşısında növbəti toxum sərgi-satış yarmarkası keçiriləcək.

QHT.az xəbər verir ki, yarmarkada yerli fermerlər və kənd təsərrüfatı ilə məşğul olan sahibkarlar üçün keyfiyyətli toxumların nümayişi və satışı təşkil olunacaq. Tədbirin əsas məqsədi fermerləri yüksək məhsuldarlıq verən toxumlarla təmin etmək və kənd təsərrüfatının inkişafına töhfə verməkdir.

Bu tədbir fermerlər üçün yeni imkanlar yaradır, həm də regionlarda kənd təsərrüfatı istehsalının inkişafına dəstək verir.

 

Pərvanə Fərhadqızı

QHT.az