Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) Azərbaycan, "ANAMA-nın potensialının artırılması ilə məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasının dəstəklənməsi" təşəbbüsü çərçivəsində hazırlanmış "Bu oyun deyil" filminin ikinci hissəsini təqdim edir.
QHT.az xəbər verir ki, bu dəfə 7 peşəkar təlimatçı ilə 11 minaaxtaran siçovuldan ibarət komanda meydana çıxır. Görüş başa çatdı, amma bu oyun deyildi, çünki burada rəqib ölüm təhlükəsi olan minalar və partlamamış hərbi sursatlardır. Bu film, minaların və partlamamış hərbi sursatların yaratdığı təhlükəni bir daha vurğulayır və onların məhv edilməsi üçün göstərilən səyləri əks etdirir.
Layihə Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə həyata keçirilir. Bu təşəbbüs, məcburi köçkünlərin təhlükəsiz geri qayıtmasını təmin etmək və minaların təsirindən azad bir cəmiyyət yaratmaq məqsədi daşıyır.
Planetimiz üçün minalara yox deyək!










