Pakistanlı jurnalist və televiziya aparıcısı İmran Riaz Xan dövlət qurumlarına qarşı nifrət ifadəsi işlətdiyi üçün Lahorda saxlanılıb.
QHT.az xəbər verir ki, jurnalist Xanın vəkili Mian Əli Aşfak, müvəkkilinin Lahor Əllamə İqbal Hava Limanında Federal Təhqiqat Bürosu (FIA) səlahiyyətliləri tərəfindən nəzarətə alındığını bildirib.
Hanın dövlət qurumlarına qarşı nifrət ifadələri işlətdiyi, ictimaiyyətlə ictimai qurumlar arasında problem yaratmaq istədiyi səbəbilə saxlanıldığı bildirilir.
Keçmiş baş nazir İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyası (PTI) jurnalist Xanın saxlanılmasına sosial mediada reaksiya verib.
Jurnalist Han 2022-ci ilin iyulunda ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək ittihamı ilə saxlanılıb və daha sonra sərbəst buraxılıb.












