Alman və Misir alimləri ilə birgə aparılan yeni araşdırma Qədim Misirdə tətbiq edilən mumiyalama prosesi ilə bağlı bəzi naməlum faktları üzə çıxarıb.
QHT.az xəbər verir ki, qədim Misir dünya tarixinin ən maraqlı sivilizasiyalarından biridir. Misir tanrıları və ilahələri, piramidalar, fironlar və əlbəttə ki, mumiyalar bu sivilizasiyanın ən maraqlı elementləridir.
Üstəlik, üstündən min illər keçməsinə və aparılan bütün araşdırmalara baxmayaraq hələ də bilmədiyimiz çox şeylər var.
Əsrlər boyu arxeoloqlar Qədim Misirdə insanların ölülərini toxunulmaz saxlamaq üçün istifadə etdikləri mumiyalama prosesini öyrənirlər.
Çağımızda istifadə edilən heç bir texnologiyaya sahib olmayan misirlilərin mumiyalama üsullarından istifadə etməsinin uğuru hər dəfə tədqiqatçıları təəccübləndirir.
“Nature” elmi jurnalında çərşənbə günü dərc olunan məqalə mumiyalama ilə bağlı əvvəllər heç bilmədiyimiz bəzi faktları da ortaya qoydu.
26-cı sülalə dövründə mumiyalama üçün istifadə edilən yeraltı kamerada tapılan yazılı keramika qablar həm ölülərə tətbiq olunan müalicəyə, həm də mumiyalama prosesində ticarətin oynadığı rola dair mühüm ipredmetləri ehtiva edirdi.
Sözügedən 31 küp Qahirə yaxınlığındakı Saqqara nekropolunda, kral ailəsinin üzvlərinin və cəmiyyətin qaymaqlılarının dəfn edildiyi yerdən tapılıb.












