AFP-nin son xəbərinə görə, Pakistanın Peşəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində azı 32 nəfər ölüb.

QHT.az xəbər verir ki, Pakistanın şimal-qərbindəki Pişəvər şəhərində məsciddə partlayış baş verib.

Polis partlayışın namaz saatına təsadüf etdiyini və binanın bir hissəsinin dağıldığını bildirib.

Partlayış nəticəsində ən azı 32 nəfərin öldüyü açıqlanıb. Vəziyyəti ağır olan yaralılar da daxil olmaqla onlarla insanın xəstəxanaya yerləşdirildiyi də daxil olan məlumatlar arasındadır.

Xəstəxanadan verilən açıqlamada yaralılardan 10-15-nin vəziyyətinin ağır olduğu bildirilib. Yaralananlar arasında onun uşaqlarının da olduğu öyrənilib.