Muğlanın Bodrum və Datça rayonları sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan rezin qayıqlarda olan 52 qeyri-qanuni miqrant gəmidən çıxarılıb.
QHT.az xəbər verir ki, Sahil Təhlükəsizlik Komandanlığından verilən açıqlamaya görə, Bodrum mahalı sahillərində rezin qayıqda olan nizamsız miqrantların xəbərdar edilməsindən sonra Sahil Təhlükəsizlik qrupları bölgəyə istiqamətləndirilib.
Komandalar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına çıxarılan rezin qayıqda 17 əcnəbi vətəndaşı Sahil Mühafizəsinin qayığına mindirərək sahilə çıxarıb.
Datça rayonunda yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına itələnərək rezin qayıqlarda olan 35 qeyri-qanuni miqrant xilas edilib.
Qeyri-qanuni miqrantlar əməliyyatlardan sonra Bölgə Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.












