Odlar Yurdu Universitetinin İqtisadiyyat və iqtisadi münasibətlər kafedrasının müdiri, i.e.d., professor Elşad Məmmədovun Rusiyanın Xalqlar Dostluğu Universitetinin kafedra müdiri, professor İnna Andronovna və tədqiqatçı Kirill Andronovla birlikdə həmmüəllifi olduğu “Sustainable Development Risks and Risk Management” adlı monoqrafiyası Avropa və dünyanın ən iri və aparıcı beynəlxalq elmi nəşriyyatı olan “Springer”də ingilis dilində dərc olunub.

QHT.az xəbər verir ki, kitabda Azərbaycan və Rusiya arasında xarici iqtisadi əlaqələrdə əmtəə və xidmətlərin ikitərəfli ticarət axınının, onun rolunun, dinamikasının və strukturunun təhlili, Avrasiya inteqrasiya prosesləri baxımından ticarət maneələrini və strateji əhəmiyyətli, perspektivli ticarət əməkdaşlığı sahələrinin müəyyən olunması, perspektivli ticarət əməkdaşlığı istiqamətlərinə əmtəə axınını müşayiət edən və kommersiya xidmətlərində ticarəti gücləndirən logistika layihələri yer alıb.

Monoqrafiyada ticarət konsentrasiyası və ticarət potensialı indekslərindən istifadə etməklə ikitərəfli ticarətin sistemli təhlili aparılıb.

 

 

Pərvanə Fərhadqızı