Səhər yeməyi həmişə günün ən vacib yeməyi hesab edilib. Alimlər müəyyən ediblər ki, düzgün qida qəbulu infarkt və insult riskini azalda bilər. Necə?
QHT.az xəbər verir ki, bir yumurtanı bir ovuc qoz-fındıq ilə əvəz etsəniz, bu, ürək-damar xəstəliklərinə tutulma riskini 17%-ə qədər, şəkərli diabet xəstəliyinə tutulma riskini 18% və erkən ölüm riskini 15%-ə qədər azaldacaq. Təkcə Böyük Britaniyada hər gün 460, hər il isə 48 000 insan ürək xəstəliyindən ölür. 50 qram emal olunmuş əti (kolbasa ekvivalenti) paxlalı bitkilərlə əvəz edən insanlarda ürək-damar xəstəliklərindən ölmək və ya inkişaf etmək riski 23% azalıb. Belə bir məhsul qoz-fındıq ilə əvəz edilsə, nəticə daha da yaxşı olar.
"Bir çox insanlar səhər yeməyində günə yumurta və ya ızgara ətlə başlayır, lakin bu analizin nəticələri göstərir ki, bu qidaları bitki mənşəli qidalarla əvəz etmək daha yaxşıdır. İnsanların quş ətini bitki mənşəli qidalarla əvəz etməyin faydası ola biləcəyinə dair sübutlar da var" – Dr. Sabrina Shlesinger bildirib.
Pərvanə Fərhadqızı












