UNEC Biznes Məktəbi MBA Proqramı Üçün Müəllim Seçir.
QHT.az xəbər verir ki, UNEC Biznes Məktəbi 2024/2025-ci tədris ilində MBA proqramında çalışmaq istəyən müəllimlər üçün müsabiqə elan edir. Tədris praktiki yönümlü olduğundan, sahə üzrə təcrübəli, İT və maliyyə savadlılığı olan, yüksək pedaqoji keyfiyyətlərə malik namizədlərə üstünlük veriləcək.
Tədris dilləri: Azərbaycan, İngilis, Rus.
Tələblər:
-
Magistr dərəcəsi
-
Xarici universitet diplomunun tanınması (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi)
-
Elmi dərəcə (PhD) üstünlükdür
-
Elmi məqalə, dərslik, fənn proqramı müəllifliyi arzu olunandır
-
İngilis dilində tədris üçün IELTS/TOEFL sertifikatı (İngilis dilində təhsil alan məzunlardan tələb olunmur)
-
İki dil üzrə tədris bacarığına üstünlük
-
Əsas iş yerindən razılıq məktubu
Dahə ətraflı : unec.edu.az/events/unec-biznes-mektebi-muellimler-ucun-musabiqe-elan-edir










