Mir Cəfər Seyidin "PEYGƏMBƏR" kitabı- romanı türk dilinə Türkiyədə türk dilinə tərcümə olunub.

QHT.az xəbər verir ki, “Çıra Yayınları” nəşriyyatında çapdan çıxan "PEYGƏMBƏR" romanı Məhəmməd peyğəmbərin həyatı və peyğəmbərlik dövrünü bədii formada əks etdirir.

Azərbaycanlı yazıçı və jurnalisti Seyidov Mircəfər Əyyub oğlu  1975-ci ildə əmək fəaliyyətinə başlamış, uzun müddət mətbuat və nəşriyyat sahəsində işləyib. Hazırda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçidir. Müxtəlif illərdə "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. 100-dən artıq kitabın redaktorudur. 2001-ci ildə yazdığı "Kərbəla "kitabına görə ilk dəfə Bakıda keçirilən İmam Həzrət Əli(ə)ilə bağlı beynəlxalq konfransa dəvət almış, çıxışı konfransın toplusunda dərc edilmişdir.

Müxtəlif illərdə “Azərbaycan gəncləri”, “Ədəbiyyat və incəsənət” qəzetlərində və digər mətbu orqanlarda hekayə, şeir və esseləri dərc olunub. O, “Göylərə çəkilmiş ümid” (şer və hekayələr,1993), “Bərdə şəhidləri” (oçerk və esselər,1996), “Ələviyyə ana” (sənədli hekayə,1999), “Kişi var eldən gedər” (2000), “Kərbəla” (2001), “Cəbhə hekayələri” (2001), “Bərdə şəhidləri” ( 2005), “Peyğəmbər” və digər kitablarının müəllifidir.

 

Pərvanə Fərhadqızı