Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi  2023-cü ilin “Gənclər Paytaxtı” olan Mingəçevir və Gəncə şəhərində olub.

Birlikdən QHT.az-a verilən məlumata görə, idarə heyəti və “safavy.org” onlayn təhsil platformasının icraçı direktoru, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, təlimçi Könül Quliyeva ilə birlikdə 19 iyul tarixində, Mingəçevir Gənclər Evində, 20 iyul tarixində isə Gəncə Gənclər Evində layihələrini həyata keçiriblər. Startap bacarıqları, təşəbbüskarlıq, startap ideyasının yaradılması, innovativ düşünmə bacarığı, layihənin yazılması və idarə edilməsi mövzularını əhatə edən təlim sessiyaları interaktiv şəkildə baş tutub.

Qeyd edək ki, “Heydər Əliyev ili” çərçivəsində həyata keçirilən layihə çərçivəsində təşkil olunan təlim sessiyalarının sonunda iştirakçılar sertifikatla mükafatlandırılıb. Aktivliyi ilə fərqlənən 2 gənc “safavy.org” online təhsil platformasının kurslarında ödənişsiz şəkildə iştirak hüququ qazanıb.

 

 

Pərvanə Fərhadqızı