Almaniyanın Nürnberq şəhərində vəba qəbirlərində arxeoloqlar yüzlərlə yaşıl skelet tapıblar. Skeletlər tikinti işləri zamanı aşkarlanıb və arxeoloq Melanie Langbein-in komandası minə yaxın skelet olacağını proqnozlaşdırsa da, qazıntılar zamanı 2 minə yaxın qalıq tapılıb.

QHT.az xəbər verir ki, bu insanların 1632-1633-cü illərdə vəba epidemiyası zamanı dəfn edildiyi düşünülür. Qalıqların yaşıl rəngə çevrilməsinin səbəbi isə 19-cu əsrdə tullantıları yerə atan mis fabriki olub. Metal oksidləri yağış suları ilə birlikdə torpağa sızaraq sümükləri yaşıl rəngə boyayıb.

Langbein yaşıl rəngi ilk dəfə insan sümüklərində gördüklərini və bu tapıntının muzeylərdə nümayiş etdirilməsi barədə düşündüklərini, lakin etik problemlər olduğunu bildirib. Bu skeletlərin elm üçün vacibliyini vurğulayaraq, sümük nümunələrindən xəstəliklər və qida çatışmazlığını müəyyən edəcəklərini qeyd edib.

 

Pərvanə Fərhadqızı