“Regional İnkişaf” İctimai Birliyi “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” mövzusunda məktəblilər arasında ümumrespublika müsabiqəsinə start verib.

QHT.az xəbər verir ki, layihələr avqustun 31-dək onlayn qəbul edilib. Müsabiqə VI-IX siniflərdən ibarət 8 nəfərlik komandalar arasında keçirilir. Şərtlərə uyğun olaraq hər məktəb yalnız bir layihə təqdim edə bilər. Layihələr ekoloji problemlərin həlli, biomüxtəlifliyin qorunması, tullantıların azaldılması və digər mövzular üzrə hazırlanmalıdır. Ən yaxşı 5 layihə mükafatlandırılacaq. Müsabiqə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Səhiyyə Nazirliyi və digər qurumların dəstəyi ilə həyata keçirilir.