Oktyabrın 11-də Milli Aerokosmik Agentliyində Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyi ilə tanışlıq tədbiri təşkil olunub.
QHT.az xəbər verir ki, Agentliyin baş direktoru, professor Natiq Cavadovun rəhbərliyi ilə keçirilən tədbirdə Agentliyin əməkdaşları ilə yanaşı İctimai Birliyin sədri Ceyhun Xəlilov və baş konstruktor Pərviz Ağayev də iştirak ediblər.
Qeyd edək ki, tədbirdə Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin əmək fəaliyyətindən bəhs edən elektron təqdimat nümayiş olunub. Daha sonra tədbir nümayəndələrin qarşılıqlı söhbəti və fikir mübadiləsi şəklində davam edib.
Pərvanə Fərhadqızı












