Moskvada Xodinski bulvarındakı mənzildə baş verən partlayış nəticəsində məişət texnikasının təmirçisi xəsarət alıb. 

QHT.az xəbər verir ki, mütəxəssis soyuducunu təmir edirdi, iş zamanı freon partladı. Usta xəstəxanaya yerləşdirilməyə hazırlanır. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, partlayış dalğası pəncərə çərçivəsini yıxıb, səpələnmiş parçalar park edilmiş bir neçə avtomobilə ziyan vurub.

Pərvanə Fərhadqızı