Sivasdakı Kellah gölünün bir hissəsi quruyub, gölün qurumayan hissəsində isə ürəyə bənzəyən görüntü peyda olub.

QHT.az xəbər verib ki, Ulaş mahalına təxminən 5 kilometr uzaqlıqda olan Kellah gölü əvvəlki illərdə olduğu kimi bu il də quruyub. Həddindən artıq istiyə dözməyən gölün bir hissəsində su buxarlanıb.

Köçəri quşların da məskəni olan gölün qurumuş hissəsində göldən duz qatı qalıb. Səthin ortasında su ilə qalan duz təbəqəsi ürəyə bənzəyən görüntü yaradıb.

 

Pərvanə Fərhadqızı