Mediasiya Şurasının nümayəndə heyəti Türkiyə Cumhuriyyətinə ilk rəsmi səfəri çərçivəsində Ankara şəhərində 2 nörəli Baronun qonağı olub.
QHT.az xəbər verir ki, Baro başkanı Sabri Fahmi qeyd edib ki, o eyni zamanda həm vəkil, həm də mediatordur və bu sahədə Ankara Universiteti Hüquq Fakultəsində mediasiya sahəsində təlimçi olaraq da fəaliyyət göstərir. Sabri Fahmi Türkiyədə mediator və vəkillərin roluna toxunaraq bu sahədə nailiyyətləri və gələcək perspektivləri də bölüşüb.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Mediasiya Şurasının Azərbaycan Respublikasının Vəkillər Kollegiyası ilə çox sıx və səmərəli əməkdaşlıq etdiyini diqqətə çatdıraraq barışıq sazişlərinin imzalanmasında vəkil və mediator əməkdaşlığının uğurlarını qeyd edib: “Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Kollegiyanın sədri Anar Bağırov ilk gündən Mediasiya Şurasının fəaliyyətinə yaxından dəstək göstərib və bu gün də bu dost və qarşılıqlı əməkdaşlıq uğurla davam edir”.
N.Adilov görüş iştirakçılarına Azərbaycanda mediasiya sahəsində görülən işlər və uğurlar barədə geniş məlumat verib. Görüş müzakirələr və gələcək birgə əməkdaşlığın qurulması sahəsində davam edib.
R.İmanov












