Azərbaycan Texnologiya Universiteti ilə Gəncə 1 saylı Mediasiya Təşkilatı arasında 22 noyabr 2023-ci il tarixində tələbə və müəllim kollektivi ilə görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Gəncə 1 saylı Mediasiya Təşkilatının rəhbərləri Sudabə Məmmədova və Kübra Ələkbərova, təşkilatın hüquqşünas və mediatoru Natiq Əliyev tələbələrlə mediasiya ilə bağlı maarifləndirici çıxışlar edib və günümüzdə mediasiyanın rolu və əhəmiyyəti müzakirə olunub.

Sonda tədbir iştirakçılarına Gəncə 1 saylı Mediasiya Təşkilatı tərəfindən nəşr edilmiş maarifləndirici materiallar təqdim edilib. 

 

Pərvanə Fərhadqızı