Mediasiya Şurası İntizam Komissiyasının sədri Mayıl Əhmədin rəhbərliyi ilə keçirilən iclasda Intizam Komissiyasının üzvləri Gülşən Salmanova, Tünzalə Hacıyeva və Rəfael Cabbarov iştirak ediblər.

QHT.az xəbər verir ki, iclasda barələrində intizam icraatı başlamış mediatorların iştirakı ilə müzakirələr aparılıb, onların izahatları dinlənilib.

Sonda İntizam Komissiyası başlanılmış intizam icraatları ilə bağlı rəyləri Mediasiya Şurası İdarə Heyətinə təqdim edib.

 

 

Pərvanə Fərhadqızı