Masallıda növbəti ağacəkmə aksiyası

 

Masallıda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir.
Növbəti aksiya Viləş çayının sahilindəki park-bulvar ərazisində Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə reallaşıb.
Aksiyada rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər və əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində ümumilikdə 300-ə yaxın Xan çinarı və sərv ağacı əkilib. 
Əkilən ağaclara aqrotexniki qulluq göstərilib, suvarılması təmin edilib.

 

Akif AĞAYEV