Masallıda “Gənclər həftəsi” çərçivəsində idman festivalı keçirilib
Masallı rayon Gənclər və İdman İdarəsinin , “Masallı Gənclər evi” SXM-nin və Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına parkında 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə idman festivalı keçirilib.
“Gənclər həftəsi” çərçivəsindəki festivalın keçirilməsində əsas məqsəd idman növlərinə gənclərdə maraq oyatmaq, idmançılar arasında dostluq əlaqələrini və fiziki aktivliyi möhkəmləndirmək ibarət olub.
Qeyd edək ki, festivalda cüdo, taekvondo, boks, güləş, voleybol və futbol idman növlərində iştirakçılar bacarıqlarını nümayiş etdiriblər. Həmçinin idmançılar, məşqçi-müəllimlər və şəhər sakinləri Heydər Əliyev adına parkda yeni yaradılmış idman qurğularından istifadə ediblər.
Akif AĞAYEV












