“Hüquq və İnsan Haqları İnstitutu”

 

publik hüquqi şəxs tərəfindən

 

işə qəbul üçün müsabiqə elan edilir

 

İşə qəbul edən qurum: “Hüquq və İnsan Haqları İnstitutu” publik hüquqi şəxs

 

Struktur bölmə: Kadr və sənədlərlə iş şöbəsi

 

Vəzifə: Tərcüməçi (ingilis – Azərbaycan – ingilis, hüquqi tərcümə üzrə mütəxəssis)

 

Vəzifə öhdəlikləri:

 

– elmi, hüquqi, tədris, təlim materiallarını, konfransların, iclasların, seminarların sənədlərini ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə etmək;

 

– tərcümələrin orijinalların leksik, üslubi və semantik məzmununa uyğunluğunu, istifadə olunan elmi-texniki termin və təriflərə münasibətdə müəyyən edilmiş tələblərə uyğunluğunu təmin etmək;

 

– müəyyən olunmuş müddət ərzində şifahi, yazılı, tam və ya qısaldılmış materialların tərcüməsi zamanı tərcümənin leksik, stilistik və məzmun etibarilə orijinala uyğun olmasını təmin etmək.

 

Namizədə olan tələblər:

 

Ali təhsil (xarici dil ixtisası üzrə olması arzuolunandır);

 

Hüquqi tərcümələr sahəsində ən azı 3 (üç) il iş təcrübəsi;

 

Dil bilikləri: Azərbaycan və ingilis dillərini səlis bilməi (rus dili arzuolunandır);

 

Kompüter biliklərinə dair tələblər: MS Office Proqramlarından istifadə - orta səviyyə, İnternetdən istifadə - orta səviyyə;

 

Məsuliyyət, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;

 

Yaxşı ünsiyyət qura bilmək və komanda ilə işləmək bacarığı.

 

Digər məlumatlar:

 

Əvvəlki təcrübə haqqında ətraflı məlumat və fotoşəkil əlavə edilmiş CV; mövzu sətrində vakansiyanın adı qeyd edilməli və 06 fevral 2023-cü il (saat 11:00-dək) [email protected] email-nə göndərilməlidir.