Litvanın xarici işlər naziri Qabrielius Landsbergis bəyan edib ki, NATO Rusiya ilə müharibə aparmır, lakin Ukrayna Moskvanı məğlub edib.

QHT.az xəbər verir ki, Landsbergis özünün Twitter hesabındakı paylaşımında Rusiya administrasiyasına müraciət edib.

NATO-nun Rusiya ilə müharibə etmədiyini qeyd edən Landsberqis:

“NATO Rusiyaya qarşı xüsusi hərbi əməliyyat belə başlatmayıb.

Rusiyanı NATO yox, ukraynalılar məğlub edir.

Bu, bəzi insanlar üçün utanc verici olmağa başlayır”.