Müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək aparılacaq.

 

 

Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsinə layihə qəbul olunur.

 

Bu barədə QHT.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müsabiqəyə təqdim olunacaq layihə sənədlərinin (ərizə, layihə təklifi, xərclər smetası, icra planı) qəbulu martın 31-dək aparılacaq.

 

Müsabiqənin keçirilməsində məqsəd təhsil müəssisələri və təhsilverənlər arasında sağlam rəqabətin və innovativ fəaliyyətin stimullaşdırılmasıdır. Müsabiqədə dövlət tam orta ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər iştirak edə bilərlər.

 

Qrant müsabiqəsi barədə daha ətraflı məlumatla Təhsil Nazirliyinin saytında tanış olmaq mümkündür.