Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə “İngilis dili bacarıqlarının inkişaf etdirmək məqsədilə ingilis dili kurslar vasitəsilə gənclərin marifləndirici "İngilis dilli könüllülər" qrupunun yaradılması” adlanır.
Dünya Azərbaycanlılarının Vətənpərvərləri ictimai birliyinin icra etdiyi layihə 3 ay müddətinə icra olunacaq. Layihədə Bakı şəhəri qəsəbələrində valideyni Qarabağ müharibəsi iştirakçısı olan gənclərə önəm verməklə onların iştirakı ilə xarici dil biliyinin inkişaf etdirilməsi məqsədilə intensiv ingilis dili təlimləri keçiriləcək. Layihənin sonunda Diplomlar veriləcək. Həmçinin "İngilis dilli könüllülər" qrupunun yaradılması nəzərdə tutulur.












