Bakı 12 saylı Mediasiya Təşkilatı, Yasamal rayonu sakinləri və digər vətəndaşlar üçün münaqişələrin həlli istiqamətində aktiv fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi, tərəflər arasında hüquqi məsələlərin məhkəmədənkənar həlli və sülh yolu ilə razılaşmaların əldə edilməsidir. Bu istiqamətdə təşkilat peşəkar mediasiya xidmətləri təqdim edir.
QHT.az xəbər verir ki, Mediasiya, tərəflərin könüllü şəkildə qarşılıqlı razılıq əldə etməsi üçün vasitəçi rolunu oynayır və nəticədə vaxt və maliyyə xərclərini azaldır. Bakı 12 saylı Mediasiya Təşkilatı bu sahədə geniş təcrübəyə malik mediatorlarla fəaliyyət göstərir və hüquqi məsələlərin effektiv həlli üçün çalışır.
Vətəndaşlar, təşkilata müraciət edərək ailə, mülki, əmək və digər hüquqi mübahisələr üzrə mediasiya xidmətlərindən istifadə edə bilərlər.
Təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Ağadadaş Qurbanov küçəsi 1. Əlavə məlumat və müraciətlər üçün telefon nömrələri və rəsmi vebsayt vasitəsilə əlaqə saxlamaq mümkündür: +994 70 626 12 12, +994 12 597 32 12
Pərvanə Fərhadqızı










