ABŞ-də Donald Tramp administrasiyasının “America First” qlobal səhiyyə strategiyası çərçivəsində ölkələrlə ikitərəfli səhiyyə əməkdaşlığına üstünlük verməsi vətəndaş cəmiyyətinin gələcək rolunu sual altında qoyub.

QHT.az xarici mediaya istinadən bildirir ki, Keniyada səhiyyə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları dəyişən maliyyələşdirmə mühitinə uyğunlaşmaq üçün birgə fəaliyyət planı hazırlayır. Təşkilatlar daha yaxşı koordinasiya olunmağı, ortaq prioritetlər müəyyənləşdirməyi və kollektiv təsirlərini artırmağı hədəfləyirlər.

Tramp administrasiyası hökumətlərlə yanaşı, özəl sektor və dini qurumlarla əməkdaşlığa üstünlük verəcəyini açıqlayıb. Eyni zamanda, qeyri-hökumət təşkilatları yüksək inzibati xərclərə görə tənqid olunur.

Bu şəraitdə Kenya nümunəsi vətəndaş cəmiyyəti qurumlarının birləşərək resurslardan daha səmərəli istifadə etməsi və qlobal səhiyyə məsələlərində mövqelərini qoruması baxımından əhəmiyyətli hesab olunur.