Kanada ABŞ şirkəti ilə 88 ədəd F-35 döyüş təyyarəsi almaq üçün 14,2 milyard dollarlıq müqavilə imzalayıb.
QHT.az xəbər verir ki, Kanada hava qüvvələri parkını doldurmaq üçün dünyanın ən yaxşı döyüş təyyarələrindən biri hesab edilən F-35-in alınması ilə bağlı razılığa gəlib. Hökumət 88 ədəd F-35 üçün 14,2 milyard dollarlıq müqavilə imzaladığını açıqladı. Razılaşmaya əsasən, təyyarələrdən birincisinin 2026-cı ildə təhvil verilməsi, bütün reaktivlərin isə 2033-2034-cü illərdə hava qüvvələrinə qoşulması gözlənilir.

Kanadanın müdafiə naziri Anita Anand deyib: "Bugünkü mürəkkəb qlobal şəraitdə Kanadanın çevikvə müxtəlif gözlənilməz vəziyyətlərə cavab verə bilən orduya ehtiyacı var. "

Kanada əldə edilən razılaşma ilə F-35 proqramında iştirak edən səkkizinci ölkə oldu. Proqramın ölkədə təxminən 3300 iş yerinin yaradılması və 25 il ərzində Kanadanın ümumi daxili məhsuluna hər il 317 milyon dollar töhfə verəcəyi gözlənilir.