Kaliforniyada bir saatdan az müddətdə on bir zəlzələ baş verib.
QHT.az xəbər verir ki, 4,8 bal gücündə ilk zəlzələ saat 8:36-da qeydə alınıb. Onun mənbəyi Kaliforniyanın El Centro şəhərindən üç kilometr aralıda, 18,9 kilometr dərinlikdə yerləşirdi.
Bunun ardınca daha on təkan baş verib. Mümkün tələfat və dağıntılar barədə məlumat verilmir.












